XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 Fevral 2017 - 17:17

Ayətullah Haşimi Rəfsəncaninin oğlu həbsxanaya qaytarılmayacaq –Qərar

1903814

Mərhum Ayətullah Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşiminin azadlıqda olma izni martın 7-dək uzadılıb.

Strateq.az "Mehr News"a istinadla xəbər verir ki, bunu Tehran ostanı (vilayəti) həbsxanalarının müdiri Mustafa Muhibbi açıqlayıb.

Beləliklə, bir neçə il əvvəl iqtisadi cinayətkarlıqda ittiham edilməklə azadlıqdan məhrum edilmiş Mehdi Haşiminin sərbəstlik izni artıq üçüncü dəfə uzadılıb.

Xatırladaq ki, o, yanvarın 19-dan atası Ayətullah Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar həbsxanadan buraxılıb.

Ötən həftə Məsləhət Şurasının keçmiş sədri və İranın sabiq prezidentinin 40 mərasimi keçirilib.