"Prezident Bəşər Əsəd Suriyada sabitliyin yeganə rəhnidir".
Strateq.az "Le Figaro" nəşrinə istinadla xəbər verir ki, bunu Fransanın Milli Cəbhə Partiyasının lideri Marin Le Pen deyib.
Fransız qəzeti Livanda səfərdə olan prezidentliyə namizədin ölkənin baş naziri Saad Həriri ilə birsaatlıq görüş keçirdiyini qeyd edib.
Beyrutda keçirilən həmin görüşdə M. Le Pen deyib: "Suriya prezidentinin hakimiyyətdə qalması bu ölkədə İŞİD terrorunun qarşısının alınmasının əsas şərtidir".