XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 Mart 2015 - 17:16

Yəmən XİN: “Quru əməliyyatları təcili başlanmalıdır”

Səudiyyə: “Biz hələlik belə bir qərar qəbul etməmişik”

yemen.gov.ye

Yəmən xarici işlər naziri Riyad Yasin CNN telekanalına bildirib ki, ərəb ölkələri artıq ən yaxın günlərdə Yəməndə quru əməliyyatlarına başlaya bilər.

Strateq.az xarici mətbuata isnadən bildirir ki, nazir ordunun bu əməliyyata mümkün qədər tez reaksiya verməsini vacib sayır.

Eyni zamanda nazir ehtiyat edir ki, partizanların fəaliyyətinə görə hərbi əməliyyat ciddi itkilərə səbəb ola bilər.

Səudiyyənin ABŞ-dakı səfiri Adil əl-Cübeyr bildirib ki, ölkəsi hələlik Yəmənə quru qoşunları göndərmir: “Biz hələlik belə bir qərar qəbul etməmişik. Hələ ki havadan əməliyyat həyata keçirdirik. Bizim planlarımız var və onu gerçəkləşdiririk”.

Bu arada karllıqla Yəmənin sərhədində texnika və hərbçilərin cəmləşməsi müşahidə olunur.