Fransanın sağçı Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Marin Le Pen Livanın müftisi ilə bugünkü görüşünü ləğv edib.
Strateq.az "Reuters"ə istinadla xəbər verir ki, Le Pen hicabla getməkdən imtina etdiyi üçün görüş baş tutmayıb.
"Siz müftiyə mənim ehtiramımı çatdırın, amma mən başımı bağlamayacam", – M. Le Pen deyib.
Müftiliyin sözçüsü bəyan edib ki, görüş üçün hicablı olmaq şərti lap əvvəldən Fransa siyasətçisinin köməkçilərinə bildirilib.