150 nəfəri güdaza verən pilot homoseksual imiş

Alp dağlarında qəzaya uğrayan A320 təyyarəsinin ikinci pilotu, alman Andres Lübitsinin kompüterində onun xüsusi seksual zövqə mali olduğunu təsdiqləyən sübutlar üzə çıxıb. Musavat.com-un məlumatına görə, bu barədə “The Sunday Express” polisə istinadən xəbər yayıb
.
“Əldə elədiyimiz informasiya sübut edir ki, pilot internetdə şəbəkə həyatının “qaranlıq tərəflərini” axtarırmış, hansıların arasında ki, homoseksual pornoqrafiyalı, intihar və seksual ifratlar mövzusunda saytlar var”, – deyə Düsseldorf polisindəki mənbə bildirib.
O da qeyd edilir ki, öncəki iş yerində onun təxəllüsü gizli homoseksualistlər üçün alman evfemizmi olan “Tomat Endi” olub.
Yaxınlının şahidliyinə görə, o, öz seksual oriyentasiyası ilə bağlı problemlər yaşayıb.