XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 10:16

Yaponiyanın baş nazirixalqa müraciət etdi

Yaponiyanın baş naziri Şinzo Abe 2011-ci il martın 11-də baş vermiş zəlzələnin və sunaminin ildönümü ilə bağlı yapon xalqına müraciət edib. Baş nazir bildirib ki, hökumət təbii fəlakətlərə tab gətirə biləcək ölkənin qurulması üçün əlindən gələni edəcək.

Altı il əvvəl baş verən güclü zəlzələ və sunami nəticəsində Yaponiyanın şimal-şərq sahillərinə böyük ziyan dəyib. Təbii fəlakət nəticəsində “Fukusima-1” atom elektrik stansiyasında nüvə qəzası baş verib.

Baş nazir deyib ki, həmin vaxt zəlzələ və sunami çoxsaylı insan tələfatına səbəb olub və bu gün də həlak olunların doğmaları barədə fikirləşərkən onun ürəyi ağrıyır.

Ş.Abe əlavə edib ki, hökumət zərərçəkən rayonların tezliklə bərpası üçün var-gücü ilə çalışacaq. Bununla yanaşı, keçmişin çoxsaylı insan tələfatına səbəb olmuş səhvlərindən dərs alaraq, təbii fəlakətlərin qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirəcək.

Baş nazir deyib ki, rəhbərlik etdiyi hökumət yaponların həyatını və mülkiyyətini qorumaq üçün də lazımi tədbirlər reallaşdırmaqda davam edəcək.