XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2017 - 13:04

Əl-Əzhər müftisi:"İŞİD-in sonu çatıb"

acda1bcf-b927-463f-baae-6759a070536b_16x9_788x442

Dünyanın ən böyük dini mərkəzlərindən biri olan Misirin Əl-Əzhar Universitti İŞİD-in tənəzzül prosesi keçirdiyini bəyan edib.

Strateq.az "Al Arabiya"ya istinadla xəbər verir ki, bu bəyanat ötən ilin dekabr ayında Qahirədə kafedral kilsənin partladılması barədə video-çarxa cavab olaraq elan olunub.

Misir müftisi və Əl-Əhzərin rəhbəri Şeyx Əhməd əl-Tayyib bildirib ki, "İŞİD dinlərarası fitndən istifadə edir, lakin onun sonu çatmaq üzrədir".

Sünni-müsəlman dünyanın ən yüksək dini xadimi deyib: "Liviyada, İraqda, Suriyada böyük ərazilərə nəzarəti itirdiyindən və xüsusilə ağır itkilər verdikdən sonra bu qrup faktiki gücünü şişirtmək və gəncləri öz sıralarına cəlb etnmək məqsədi güdür".