XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 13:28

UEFA danışılmış oyunları müəyyənləşdirmək üçünnəzarət şəbəkəsi yaradıb

UEFA 55 üzv ölkədə danışılmış və qeyri-qanuni mərc oyunlarını müəyyənləşdirmək üçün nəzarət şəbəkəsi yaradıb. "Report"un məlumatına görə, bu barədə UEFA prezidenti Aleksandr Ceferin "Habertürk"ə müsahibəsində bildirib.

Sloveniyalı futbol funksioneri deyib ki, UEFA hər il təxminən 32 min matçı müşahidə altına alaraq təhlil edir. O, UEFA-nın Avropa futbolunun bütövlüyünü qorumaq üçün öz nəzdində maliyyələşdirdiyi və hazırladığı bir sıra tədbirlərə diqqət çəkib: "Bizim beynəlxalq "Sportradar" şirkəti ilə əməkdaşlığımız var. Bu şirkət vasitəsilə Avropa miqyasında hər il təxminən 32 min matçı müşahidə altına alaraq təhlil edirik. Təhlillər avrokuboklarla birlikdə, hər bir ölkənin daxili yarışları – 2 əsas liqa və kubok matçlarını əhatə edir. Bu sistem 2009-cu ilin iyulundan istifadədədir. Mərc saxtakarlığını qeydə alma sistemi də mümkün qeyri-qanuni mərcləri həm oyun ərəfəsində, həm də matç zamanı apardığı müşahidələrlə incələyir".

A.Ceferin bildirib ki, korrupsiya və danışılımış oyunlarla əlaqədar daha effektli mübarizə üçün yalnız "İnterpol"la əməkdaşlıq yetərli deyil. Onun sözlərinə görə, bu işdə UEFA-ya üzv olan ölkələrin məhkəmə mexanizmi və hüquq-mühafizə orqanaları da köməklik göstərməlidir: "Hər zaman ayıq-sayıq olmalıyıq. UEFA-da bir müddət əvvəl "Oyunu Qorumaq" adı altında bir departament yaratdıq. Bu qurum korrupsiya və danışılımış oyunlarla daha effektiv mübarizə məqsədilə təsis edilib. Düzdür, Avropada danışılmış oyun və qeyri-qanuni mərc əməllərini müəyyənləşdirmək üçün nəzarət şəbəkəsi ilə hər il 32 mindən çox matçı müşahidə altına almışıq. Ancaq bu əməkdaşlığımızı üzv ölkələrdəki məhkəmə mexanizmi və hüquq-mühafizə orqanaları ilə birgə daha da inkişaf etdirməyimiz önəmlidir. Çünki bu məsələdə dövlət qədər güclü deyilik. Yəni, sadəcə, "İnterpol"la birgə çalışmağımız uğur əldə etməyimiz üçün yetərli ola bilməz".

Qeyd edək ki, 2016-cı il noyabrın 22-də UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlara əsəsən, AFFA İntizam Komitəsinin qərarına əsasən, 22 futbolçu, 1 inzibatçı və 1 hakim federasiyanın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb. Lakin daha sonra 15 futbolçu barədə qərar qüvvədən düşmüş sayılıb və əlavə 2 oyunçuya sanksiya tətbiq olunb. Komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim ediləcək və danışılmış oyunlarla bağlılığı olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.