XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 14:57

Rusiyanın ən böyük neft şirkətininmənfəəti 49 faiz azalıb

Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft”in xalis mənfəəti keçən il 2015-ci illə müqayisədə 49 faiz azalaraq 181 milyard rubl (təxminən 3,1 milyard dollar) olub.

Azərtac xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, şirkətin mənfəətinin azalmasına səbəb ötən ilin birinci yarısında neftin qiymətinin aşağı düşməsidir.

“Rosneft”in 2016-cı ilin son rübündəki xalis mənfəəti isə 2015-ci ilin eyni dövrünə nisbətən 100 faiz artaraq 26 milyard rubldan 52 milyard rubla çatıb.

Ötən il şirkətin ümumi satış gəlirləri 10 faiz azalaraq 4,9 trilyon rubla geriləyib. 2016-cı ilin sonuncu rübündə isə “Rosneft”in gəliri əvvəlki ilə nisbətən 21,4 faiz artaraq 1,4 trilyon rubl təşkil edib.