XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 15:11

“LG G6” ikitərəfli genişbucaqlı kamera ilətəchiz ediləcək

Cənubi Koreyanın “LG” şirkətinin nümayəndələri rəsmi bəyanatla çıxış edərək “LG G6” smartfonunun ikitərəfli genişbucaqlı kamera ilə təchiz ediləcəyini bildiriblər.

Azərtac “DNI24” resursuna istinadən xəbər verir ki, smartfon tərtibatçılar tərəfindən “Instagram” sosial şəbəkəsi üçün ideal qurğu kimi qələmə verilir. Belə bəyanatların verilməsinə optikanın yeni funksional imkanları səbəb olub. Belə ki, yeni qurğunun 13 meqapikselli əsas kamerasının baxış bucağı 125 dərəcə, ön kameranın isə 100 dərəcə təşkil edəcək. Ekspertlərin sözlərinə görə, kameranın yeni imkanları kiçik pozmalar olmadan 1:1 nisbətində fotoşəkillər çəkməyə şərait yaradır.

Məlumata görə, “LG G6” 5,7 düym ölçüdə unikal “QHD+ LCD” ekranı və 18:9 tərəf nisbəti ilə təchiz olunacaq. Smartfonun əvvəlki versiyası 16:9 nisbətli 5,3 düymlü “QHD” ekrana malik olub.

Yeni qurğunun geniş ictimaiyyətə fevralın 27-dən martın 2-dək Barselonada (İspaniya) keçiriləcək “MWC” 2017” beynəlxalq sərgisi çərçivəsində təqdim ediləcəyi gözlənilir.