XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2017 - 15:35

Şimali Kiprin başçısı liderlərin görüşündəiştirak etməyəcək

Şimali Kipr Türk Cümhuriyyətinin başçısı Mustafa Akıncı adanın liderlərin fevralın 23-nə nəzərdə tutulan görüşünə getməkdən imtina edib.

Azərtac Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Akınçının bu addımının səbəbi yunan tərəfinin Enosis qərarında geri addım atmaması ilə bağlıdır.

BMT xəbəri təsdiqləyərək türk tərəfinin liderlərin görüşündən imtina etdiyini bildirib. Fevralın 22-də səhər saatlarında BMT-nin Kiprdəki xüsusi nümayəndəsi Elizabet Spehar Kiprin yunan hissəsinin prezidenti Nikos Anastasiadislə görüşüb.