XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2017 - 17:48

ABŞ sakinlərinin 54 faizi Trampınfəaliyyətindən narazıdır

ABŞ sakinləri arasında sorğu keçirilib.

"Trend"in məlumatına görə, sorğuda iştirak edənlərin yarıdan çoxu prezident Donald Trampın fəaliyyətinin ilk ayından narazı olduğunu bildirib. Rəyi soruşulanların 54 faizi D.Trampın fəaliyyətini mənfi qiymətləndirib.

42 faiz respondent hökumətin fəaliyyətindən narazı qaldığını bildirib.

D.Trampın 7 müsəlman ölkəsi vətəndaşlarına viza verilməsini qadağan edən sərəncamı ilə bağlı fikirlər haçalanıb. Bu sorğuda respondentlərin 50 faizi həmin sərəncamla bağlı razılığını bildirib.