XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 19:04

“Samsung” “Galaxy Note 7”ni yenidənsatışa çıxaracaq

“Samsung” şirkəti təmir edilmiş “Galaxy Note 7” smartfonlarını yenidən satışa çıxaracaq. Satışa bu ilin iyununda start veriləcək. Bu aparat Hindistan, Vyetnam və başqa inkişaf etməkdə olan bazarlara tədarük olunacaq. Şirkət, həmçinin həmin smartfonu yerli bazarda satmağı planlaşdırır.

Azərtac “cnews.ru” saytına istinadən xəbər verir ki, təmir edilmiş “Galaxy Note 7” smartfonlarında batareyanın tutumu əvvəlki 3500 milliamper/saatla müqayisədə az olacaq (3000-3200 milliamper/saat). 2017-ci ilin mayınadək akkumulyatorların dəyişdirilməsi prosesi bitəcək. Qurğunun əsas komponentləri olduğu kimi qalacaq, amma onlar yeni korpusla təchiz ediləcək.

“Samsung” şirkətinin məlumatına görə, təxminən 2,5 milyon smartfon təkrar satış üçün yararlı vəziyyətdədir.

“Samsung” şirkəti bu ilin yanvarında “Galaxy Note 7” smartfonlarının alışma səbəbi ilə bağlı 4 aylıq daxili araşdırmanın nəticələrini elan edib. Məlum olub ki, qurğuda məhz akkumulyatorlar partlayıb.