XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 19:09

Honkonqun korrupsiyada ittiham olunan sabiq başçısıhəbs edilib

Honkonqun keçmiş başçısı Donald Tsanq korrupsiya işi üzrə 20 ay müddətində həbs cəzasına məhkum olunub.

Azərtac "Euronews" telekanalına istinadla xəbər verir ki, Çinin xüsusi administrativ rayonunun Ali Məhkəməsi məmuru Honkonqda yayım fəaliyyətinə lisenziya almağa çalışan kompaniyanın səhmdarının ona hədiyyə qismində verdiyi dəbdəbəli üçmərtəbəli ev barədə məlumatı dövlətdən gizlətməkdə günahlandırıb.

Cinayət işində, həmçinin Tsanqın tanış milyarderlərin təyyarə və yaxtalarından istifadə etməsi haqqında məlumatlar da yer alırdı. Lakin təhqiqat ittiham irəli sürmək üçün bu məsələdə yetərincə dəlil-sübut tapa bilməyib.

Donald Tsanq Honkonqun korrupsiya ittihamı ilə həbs olunan ən yüksək vəzifəli məmurudur.