XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

23 Fevral 2017 - 04:44

NATO-da müdafiə xərcləri mübahisəsi –Almaniya Xarici İşlər nazirindən xəbərdarlıq

NATO

ABŞ-ın müdafiə xərcləri məsələsində NATO üzvlərinə təzyiqi artırması Almaniyada mübahisə yaradıb. Xarici işlər naziri Gabriel “ABŞ-a kor-koranə itaət edilməməsi” xəbərdarlığını səsləndirib.

Yeni prezident Donald Trampın Avropa ölkələrinə müdafiə məsələsində öz məsuliyyətini boynuna götürmək çağırışı artıq hamıya məlumdur. Bu çağırışın ardından prezidentin köməkçisi Mike Pence və Müdafiə naziri Ceyms Mattis də keçən həftə Avropadakı görüşləri zamanı NATO üzvü ölkələrindən müdafiə xərclərinin artırılmasını istəyib.

Almaniyanın Xarici işlər naziri Sigmar Gabriel “Avropa öz təhlükəsizliyi üçün daha çox səy göstərəcək, ancaq bu, ABŞ-a kor-koranə itaət şəklində deyil, "ölçülü" olacaq” deyib.

Sosial Demokrat Partiyasından (SPD) olan nazir Gabriel müsahibəsində “təhlükəsizliyin hərbi təchizat xərclərindən ibarət olmadığına diqqət çəkərək, qarşıdurmaların qarşısının alınması, zəif dövlətlərdə sabitliyin təmin edilməsi, inkişaf siyasəti və humanitar yardımın da təhlükəsizliyin əhəmiyyətli ünsürləri olduğunu” ifadə edib.

2014-ci ildə NATO zirvəsində verilən qərarda 2024-ci ilə qədər ümumi daxili məhsulun (ÜDM) 2%-nin müdafiə xərclərinə ayrılması nəzərdə tutulmuşdu. ABŞ da NATO üzvü olan ölkələrin bu hədəfə uyğun gəlməsini tələb edir. Ancaq ÜDM-nin 1, 2%-ni müdafiəyə ayıran Almaniya bu hədəfin hələ xeyli gerisindədir.

Müdafiə xərclərinin artırılması məsələsi koalisiya partiyaları Xristian Birlik (CDU / CSU) və Sosial Demokrat Partiyası arasında fikir ayrılığı yaradıb. CDU-dan olan Müdafiə naziri Ursula Von der Leyen Gabrieli tənqid edərək, NATO qərarlarını xatırladıb. NATO-nun hədəflərinə uyğun gəlmək üçün səy göstəriləcəyini ifadə edən Müdafiə naziri deyib: “Biz almanlar beynəlxalq sahədə qaydalara riayət edilməsi üçün göstərdiyimiz səylə tanınırıq. İndi Almaniya kimi iqtisadiyyatı parlaq vəziyyətdə olan bir ölkənin çıxıb "bunu edə bilmərik" deməsini kimsə anlaya bilməz".

azadliq.info