Bu gün Tehranda İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi Partiyasının (İİQXCP) Baş Məclisi prezidentliyə namizədini seçməlidir.
Strateq.az "Fars News"a istinadla xəbər verir ki, təxminən 50 nəfər arasından seçilən ilk 10 namizəd Baş Məclisdə səsverməyə çıxarılacaq.
Ali-İshaqi, Mehdi Çəmran, Xosravi Vəfa, Məhəmməd Hüseyn Rahimian, Rusta Azad, Nadir Talıbzadə, Mehdi Məhəmmədi və digərləri əsas siyahıdadır.
Xatırladaq ki, İranda prezident seçkiləri mayın 19-da keçiriləcək.
İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi Partiyası prezident Həsən Ruhaninin ən nüfuzlu tənqidçilərindən biridir.