XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2017 - 19:59

MAGATE rəhbəri:"Tillersona deyəcəyəm ki, İran nüvə sazişinə əməl edir"

endirektor-MAGATE-Yukiya-Amano

"İran 2015-ci ilin iyulunda imzalanan nüvə sazişinə əməl edir".

Strateq.az xəbər verir ki, bunu BBC telekanalına müsahibəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAGATE) baş direktoru Yukiya Amano deyib.

Y.Amano sazişlə əlaqədar ABŞ prezidenti D.Trampın tənqidlərinə toxunaraq bildirib ki, MAGATE texniki təsisatdır və qurum faktlara əsaslanır. Beynəlxalq agentliyin rəhbəri Amerikanın yeni hökuməti ilə heç bir təmasının olmadığını bildirib. "Amma ümidvaram ki, ABŞ-ın dövlət katibi Reks Tillerson ilə tezliklə görüşəcəyəm".

MAGATE rəhbəri deyib: "İran nüvə sazişini icra edir. Bu sahədə MAGATE-nin monitorinq və yoxlamaları davam edir və bu barədə ABŞ administrasiyasına məlumat verəcəyəm".

Yukiya Amano "İranla nüvə məşğul bizim üçün vacibdir. Lakin Şimali Koreyanın nüvə təhlükəsizliyi məsələsi də qarşımızda duran vəzifədir", – deyib.

O bildirib ki, Şimali Koreyanın nüvə proqramı barədə bilgilər yalnız peyk fotolarına əsaslanır.