Bu gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan sabiq millət vəkillərinə ziyafət verib.
Strateq.az "Kanal D"yə istinadla xəbər verir ki, görüşün səbəbi qarşıdakı referendumdur.
Dəvətlilər sırasında sabiq baş nazir Əhməd Davutoğlu olmayıb. Ona ümumiyyətlə dəvət göndərilməyib.
Sabiq prezident Abdullah Gül də prezident sarayındakı ziyafətə qatılmayıb.
A.Gülün gəlməməyinin səbəbi Londonda səfərdə olmasıdır.