XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

23 Fevral 2017 - 20:44

60 yaşlı müxalif ruhaniyenidən həbsə göndərilib

Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2017-02-23 16:07:26Z |  | ÿÿÿÿJTR[

İrandakı rejimə müxalif olan Əhməd Müntəziri fevralın 22-də xüsusi məhkəməyə çağırılıb və bundan sonra ona həbsdə qalacağı elan olunub.

Strateq.az xəbər verir ki 60 yaşlı ruhani bir vaxtlar Ayətullah Xomeyninin özünə varis təyin etdiyi Ayətullah Hüseyn Əli Müntəzirinin oğludur.

Ötən ilin avqust ayında Əhməd Müntəziri mərhum atasının 40 dəqiqəlik audio yazısını yayıb. Həmin yazıda Ayətullah Müntəziri 1988-ci ildə İran məhkəmələrinin cəza qərarlarından bəhs edir.

Hüseyn Əli Müntəziri İrandakı hakimiyyətə müxalif olduğu üçün uzun illər ev dustağı olub. O, 2009-cu ildə vəfat edib. Onun audio yazısına görə oğlu ötən ilin noyabrında xüsusi məhkəmədə "milli təhlükəsizliyə qarşı fəaliyyət" ittihamı ilə 10 il azadlıqdan məhrum olunub. Lakin məhkəmə Ə.Müntəzirinin əvvəllər məhkumluğunun olmaması və qardaşının Tehranda terror təşkilatı kimi baxılan marksist qrup tərəfindən təşkil edilən hücumda öldürüldüyünü nəzərə alıb və sonradan həbs müddəti altı ilədək azaldılıb.