İranın qeyri-rəsmi "AWJ" kino şirkəti İraqın sabiq prezidenti Səddam Hüseyndən bəhs edən "Hörümçək Ev" adlı teleserial çəkməyə hazırlaşır.
Strateq.az "Baghdad Post"a istinadla xəbər verir ki, bu barədə "İran` Cinema News" saytı məlumat yayıb.
İslam İnqilabı Keşikçiləri Korpusu "Qüds" qvardiyasının rəhbəri Qasim Süleymaninin nəzarətçi-məsləhətçisi olduğu filmin rejissoru İbrahim Hatamikiadır.
40 seriyalı filmin ssenari müəllifi Əli Rza Nadiridir.
"AWJ" kino şirkətinin direktoru Ehsan Məhəmməd Hüsnünün sözlərinə görə, kino əsəri prezident Əhməd Həsən əl-Bəkirin devrilməsindən sonra Səddam Hüseynin hakimiyyət pillələrində yüksəlişi ilə başlayır.
Teleserialın ikinci hissəsində BƏƏS Partiyası və Səddamın ailəsindən bəhs olunur.
Üçüncü hissədə İraqda baş verən hadisələr, o cümlədən İranla 8 illik müharibə, Küveytin işğalı və 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən söz açılacaq.
Sonrakı bölüm ölkədə şiə və kürd üsyanlarından və Səddam hakimiyyətinin repressiyalara aiddir.
Səddam Hüseyn barədə filmin çəkilişi təxminən 30 ay davam edəcək.