ABŞ-ın respublikaçı senatoru Con Makkeyn ötən həftə bu ölkədəki vəziyyəti qiymətləndirmək üçün Suriyanın şimalına gizli səfər edib.
Strateq.az "Associated Press"ə istinadla xəbər verir ki, bu barədə senatorun sözçüsü Juli Tarallo məlumat verib. Onun sözlərinə görə, qeyri-rəsmi səfər Raqqa şəhərinin İŞİD işğalından azad edilməsi üçün əməliyyatla bağlı olub.
Senator C.Makkeyn Donald Tramp administrasiyasının Suriyaya hərbi müdaxilə etməyə çağırışlar edir. Onun bu ölkəyə ilk səfəri 2013-cü ildə olub.
Xatırladaq ki, bir müddət əvvəl Tulsi Qabbard başda olmaqla bir qrup konqresmen də gizlicə Suriyaya səfər edib və Dəməşqdə prezident Bəşər Əsədlə görüşüb.