Cari həftədən Yaponiyada “Premium Friday” kampaniyasına start verilib. Kampaniyaya əsasən, bir çox şirkətlərdə hər ayın son cümə günü iş vaxtı saat 15:00-da tamamlanır.
Yaponiya hökuməti və işgüzar dairələrin nümayəndələri tərəfindən həyata keçirilən kampaniyanın məqsədi istehlakçılar arasında müşahidə olunan durğunluğu aradan qaldırmaqdır.
Ölkənin sənaye şirkətləri və qrupları, həmçinin ticarət rayonları kampaniya nəticəsində müştərilərin sayının artacağına ümid edirlər.
Kampaniyanın təşkilatçılarının bildirdiyinə görə, artıq 4 mindən çox şirkət həmin tədbirin loqotipini almaq üçün ərizə ilə müraciət edib(azərtac).