ABŞ-ın qabaqcıl enerji şirkətlərindən olan “ExxonMobil”in təsdiq edilən ehtiyatları 2016-cı ilin sonuna 20 milyard barrel neft ekvivalenti olub.
Azərtac xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Şirkətin təsdiqlənmiş ehtiyatları 2015-ci ilə nisbətdə 3,3 milyard barrel neft ekvivalenti azalıb.
Son 10 il ərzində isə “ExxonMobil”in təsdiqlənmiş neft və qaz ehtiyatları təxminən 13 milyard barrel neft ekvivalenti artıb.