XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

24 Fevral 2017 - 16:35

Suriyada 2 türk hərbçi ölüb,3-ü yaralanıb

Suriyanın Əl-Bab bölgəsinin minalardan təmizlənməsi zamanı torpağa basdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 türk hərbçi ölüb, 3-ü yaralanıb.

Bu barədə "Trend" Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir.

Yaralılar dərhal xəstəxanaya aparılıb, həyati təhlükələri yoxdur.

Bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə müxalif "Azad Suriya Ordusu" tərəfindən nəzarət altına alınan Əl-Bab bölgəsində minalanmış avtomobillə terror aktı törədilib. Hadisə nəticəsində ən azı 29 nəfər ölüb.