XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

24 Fevral 2017 - 18:46

Britaniya vergi fırıldağına görə16 milyard itirib

Böyük Britaniyada fəaliyyət göstərən “Pinsent Masons” hüquq şirkətinin qiymətləndirməsinə əsasən, keçən il vergi fırıldaqlığı ucbatından ölkə büdcəsinə ümumilikdə 16 milyard funt-sterlinq ziyan dəyib.

Azərtac “vergiler.az” saytına istinadla xəbər verir ki, Vergi Fırıldaqlarının Araşdırılması Xidməti tərəfindən büdcəyə əlavə 5 milyard funt-sterlinq cəlb edilsə də, ödənilməmiş vergilərin ümumi məbləğinin (34 milyard funt-sterlinq) təxminən yarısı vergi dələduzluğunun payına düşür.

Son 12 ay ərzində büdcəyə cəlb edilmiş 5 milyard funt-sterlinqin 2,2 milyarddan çoxu cinayət-istintaq araşdırmaları, 2,7 milyarddan çoxu isə mülki işlər sayəsində alınıb.