XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

24 Fevral 2017 - 20:20

Çin Cənub Çin dənizindəki mübahisəli adalarda raket buraxılışı üçünobyektlər tikib

Yaponiyanın NHK telekanalı ABŞ-ın Strateji və Beynəlxlaq Tədqiqatlar Mərkəzinə istinadla məlumat verir ki, Çinin Cənub Çin dənizindəki mübahisəli adalarda yer-hava raket sistemləri üçün inşa etdiyi tikililər artıq tamamlanmaq üzrədir.

Mərkəz fevralın 23-də Spratli adalarına daxil olan üç rifdə süni peyk vasitəsilə aparılan çəkilişlərin təhlilini açıqlayıb. Mərkəzin yaydığı məlumatda bildirilir ki, foto çəkilişlər Çinin süni torpaq tökdüyü Fayri Kross, Misçif və Subi riflərində yeni obyektlərin mövcudluğunu təsdiqləyir.

Foto çəkilişlər fevralın 7-də aparılıb. Fotolarda Fayri Kross rifində yaradılan süni adanın qurtaracağında bir neçə tikili aydın görünür. Hər bir obyekt təqribən 200 kvadratmetr ərazini əhatə edir. /Azərtac