2016-cı ildə 5 min 700 Türkiyə vətəndaşı Almaniyadan sığınacaq istəyib.
Strateq.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu məlumatı Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Tobias Plate açıqlayıb.
T.Platenin sözlərinə görə, Türkiyə vətəndaşlarının sığınacaq tələbi (2014-ci ildə min 800, 2015-ci ildə 4 min 600 nəfər) 2015-ci ilin ortalarından etibarən artıb.