XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 09:52

Tramp FTB-ni ittiham etdi:"Məxfi məlumatların yayılmasını dayandırmaq qabiliyyətinə malik deyil"

trump

ABŞ prezidenti Federal Təhqiqat Bürosunu (FBİ) məxfi məlumatların mediaya sızmasına görə tənqid edib. Donald Tramp deyib ki, məlumatların sızması ölkəyə fəlakətli təsir göstərir.

Tramp bunları bu gün Tvitter səhifəsində yazıb. Onun tənqidləri Ağ Evin kadrlar şöbəsinin rəhbəri Reyns Pribusun FBİ rəsmilərindən media xəbərlərinin təkzib edilməsini istəməsindən sonraya təsadüf edir.

Məlumatlar Trampın seçki müşavirlərinin seçkiqabağı kampaniyalar zamanı Rusiyanın kəşfiyyat orqanları ilə əlaqədə olduqlarına dairdir.

"FTB milli təhlükəsizlik məlumatlarını yayanları dayandırmaq qabiliyyətinə malik deyil. Onlar bunu hətta öz idarələri daxilində bacarmır" – deyə prezident yazır.

Donald Tramp əlavə edib ki, məxfi məlumatların mediayaya sızdırılması ABŞ-a dağıdıcı təsir göstərə bilər.