XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2015 - 08:03

ABŞ-dan Tehrana jest

ob.jpg

Prezident Barak Obama Konqresin ABŞ-ın və Qərbin İranla apardığı nüvə danşıqlarına müdaxiləsinə imkan verən qanun layihəsinə veto qoyacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Ağ ev xüsusi bəyanat verib.

Bildirilib ki, prezidentin fikrincə, hazırda İrana dair əlavə qanunvericiliyin qəbul edilməsinə ehtiyac yoxdur. İndi ABŞ və dünyanın əsas gücləri İranla onun ziddiyyətli nüvə proqramına dair danııqlar gedir. Danışıqlarda əldə olunacaq sazişdə bir sıra sanksiyaların qaldırılması müqabilində Tehrandan nüvə proqramının məhdudlaşdırılması gözlənilir.

Konqresin hazırladığı İranla Nüvə Razılaşmasının Müzakirəsi Qanunu Tehranla imzalanmış hər hansı sənədin yekun müqavilənin imzalanmasından 5 gün əvvəl Konqresə təqdim olunmasını nəzərdə tutur. Qanun layihəsi həmçinin prezidentin İrana qarşı sanksiyaları ləğv etməsinin qarşısını alır.

Xatırladaq ki, ABŞ, Rusiya, çin, Fransa, Almaniya və Böyük Britaniyanın İranla apardığı danışıqlar martın sonunadək yekunlaşmalıdır.