XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 11:52

CNN və BBC brifinqə buraxılmayıb –Ağ Evin yeni media qadağası

beyazsaray-afpgetty

ABŞ prezidenti Donald Trampın Amerika mediasıda "yalan xəbər" istehsalçısı adlandırdığı bir sıra nəşrlərin təmsilçiləri  Ağ Evdəki brifinqə buraxılmayıblar.

Strateq.az xəbər verir ki, CNN, "New York Times", "The Hill", "Politico", "Buzzfeed", "Daily Mail", BBC, "Los Angeles Times" və "New York Daily News"un jurnalistləri mətbuat katibi Şon Spayserin brifinqində iştirak etməyiblər.

Bu qərara etiraz edən "Associated Press" xəbər agentliyinə ilə "Time" jurnalı təmsilçiləri isə içəri girmələrinə icazə verilməsinə baxmayaraq, brifinqə qatılmayıblar.

ABC, CBS, NBC, "Fox", "Reuters" və "Bloomberg" kimi media təşkilatlarının nümayəndələri isə Ş.Spayserin brifinqində iştirak ediblər.

Ağ Ev mətbuat katibliyinin üzvü Sara Sanders yazılı açıqlamada qərarı tənzimləmə adlandırıb.