XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2017 - 18:26

İran Qazaxıstandan 950 tonuran konsentratı alacaq

صورة أرشيفية حصلت عليها رويترز لمفاعل آراك للماء الثقيل جنوب غرب طهران.

İran öz nüvə proqramını növbəti üç ildə inkişaf etdirmək üçün Qazaxıstandan 950 ton uran konsentratı almaq niyyətindədir. 

Strateq.az ISNA xəbər agentliyinə istinadla xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

Ə.Salehinin sözlərinə görə, 2015-ci ildə İran və dünya gücləri arasında imzalanan sazişə əsasən, nüvə proqramına nəzarət orqanına bu barədə məlumat verilib.

"650 min ton uran konsetratı İrana hissə-hissə daxil olacaq".

Ə.Salehi əlavə edib ki, sazişə əsasən, artıq Rusiyaya 382 ton sarı kek göndərilib.