XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2017 - 03:19

Bəşər Əsədin nümayəndəsi:"Kim bu teraktı pisləməkdən boyun qaçırarsa, deməli, terroru dəstəkləyir"

suriya-d

Suriya danışıqlarında təmsil olunan müxalifət nümayəndələrinin hamısı Homs şəhərində polisə qarşı törədilən terror aktlarını pisləməlidir." 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Suriya hökumətinin nümayəndə heyətinin rəhbəri, ölkənin BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri deyib.

B.Cəfəri qeyd edib ki, birbaşa danışıqları yalnız birləşmiş, vahid fikirli müxalifətlə aparmaq mümkündür.

Danışıqlarda iştirak edən hakimiyyət nümayəndəsi qeyd edib ki, həmin müxalifət xaricdən maliyyələşməməlidir, vətənpərvər olmalıdır.  

“Əgər kimsə bu teraktı pisləməkdən boyun qaçırarsa, deməli, o, terroru dəstəkləyir və biz ona qarşı lazımi ölçü götürəcəyik”, – deyə Cəfəri bildirib.

Qeyd edək ki, ötən gün iki terrorçu-kamikadze Homsda hərbi müəssisələrin qarşısında özlərini partladıblar. Nəticədə, ilkin məlumata görə, azı 15 nəfər ölüb.