XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

26 Fevral 2017 - 17:22

Tramp:"Demokrat Partiyanın Milli Komitəsinin sədri postuna seçkilər saxtalaşdırılıb"

trump

ABŞ prezidenti Donald Tramp Demokrat Partiyanın Milli Komitəsinin sədri postuna seçkilərin saxtalaşdırıldığını bəyan edib.

Şənbə günü ABŞ-da Demokrat Partiyanın Milli Komitəsinin sədri postuna seçkilərdə sabiq əmək naziri Tom Peres 245 səs, onun ən yaxın rəqibi, Nümayəndələr Palatasının Minnesota ştatından olan üzvü Kita Ellison 200 səs qazanıb.

D. Tramp isə “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Demokrat Partiyanın Milli Komitəsinin sədri postuna seçkilər tamamilə saxtalaşdırılıb: “Demokrat Partiyanın Milli Komitəsinin əvvəlki sədri Sanders Berni kimi Tom Peresin də sədr seçilmək şansı olmayıb. Hillari Klinton bu posta Peresin seçilməsini tələb edib”.   (APA)