XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

26 Fevral 2017 - 17:52

İranın sabiq prezidenti Trampa məktub göndərdi:"Sizi təqdir edirəm"

Iranian President Mahmoud Ahmadinejad adresses his weekly Friday prayer sermon at Tehran University on August 2, 2013 as Iran marks Al-Quds (Jerusalem) International Day. Ahmadinejad warned arch-foe Israel in one of his last public speeches that a regional storm was brewing that would "uproot" the Jewish state.  AFP PHOTO/ATTA KENARE / AFP PHOTO / ATTA KENARE

İranın sabiq prezidenti Mahmud Əhmədinejad Donald Trampa açıq məktubla müraciət edib.

Strateq.az AFP-yə istinadla xəbər verir ki, məktubda o, ABŞ siyasi sistemini tənqid etdiyinə görə D.Trampı alqışlayır, amma viza qadağası və qadınlara münasibəti ilə əllaqədar ABŞ prezidentinin özünü tənqid edir.

Öz saytında ingilis və fars dillərində dərc edilən uzun və rabitəsiz məktubunda Əhmədinejadın D.Trampla əkiz ruh tapması görünür.

"Zati-aliləri (Tramp) ABŞ-ın siyasi sistemini, korrupsiyalaşmış seçki strukturunu və onun anti-icmailiyini doğru təsvir edib", – deyə Əhmədinejad yazır.

Məktubun çox hissəsi Yaxın Şərqdə müdaxilələrə həsr olunub və bu sətirlərdə sabiq prezident keçmiş ABŞ administrasiyalarının "təkəbbür"ünü xatırladaraq D.Trampa nəsihət verir.

Əhmədinejad, İran da daxil olmaqla, yeddi müsəlman ölkəsinə dair viza qadağası məsələsinə də toxunub.

Mahmud Əhmədinejad dünya liderlərinə dəfələrlə məktubla mürac edib. O, ABŞ-ın sabiq prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel və Roma Papası, eləcə də oğul-Corc Buşa 18 səhifəlik namələr göndərib.