Konqresin birgə iclasında təmsilçilərə xitab etdikdən sonra ABŞ prezidentinin qaçqınlar və immiqrasiya ilə bağlı yeni sərəncam imzalaması gözlənilir.
Strateq.az "Associated Press"ə istinadla xəbər verir ki, bunu administrasiyanın yüksək səviyyəli rəsmilərindən biri açıqlayıb.
D.Trampın hələ ötən həftə yeni sərəncam imzalanması planlaşdırılırdı.
Onun sözçüsü Şon Saypserin sözlərinə görə, sənədin qüsursuz bir şəkildə həyata keçirilməsinə əminlik üçün o ləngidilib.
Hazırda yeddi müsəlman ölkəsi vətəndaşlarına ABŞ-a giriş qadağası var və bu sərəncam federal hakim tərəfindən əngəllənib.