Misirin əfsanəvi futbolçusu Məhəmməd Əbu Treika həbs olunmadan atasının dəfnində iştirak etmək üçün Qahirəyə qayıda bilər.
Strateq.az "Al Arabiya"ya istinadla xəbər verir ki, bunu Misir Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Yerli "Youm7.com" saytının məlumatına görə, "Əl-Əhli" klubunu sabiq oyunçusi Əbu Treika "Müsəlman Qardaşlar" qrupuna kömək etməkdə ittiham edilir və onun maliyyə aktivləri hazırda dondurulub.
Atasının ölüm xəbərini Qətərdə eşidən futbolçu barədə Misir məhkəməsinin həbs qərarı var.