XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

27 Fevral 2017 - 15:05

220 yaşlı İsveçrə bankı prezident qızının çirkli pullarını “yuyurmuş” –Faktla bağlı cinayət işi açılıb

gulnare

İsveçrənin “Lombard Odier” bankı Özbəkistandan göndərilən çirkli pulların yuyulmasında şübhəli bilinir.

Strateq.az "Azadlıq Radiosu"na istinadən bildirir ki, bu barədə İsveçrənin federal prokurorluğu faktla bağlı cinayət işi açıldığını bəyan edib. Söhbət keçmiş Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya məxsus pullardan gedir.

Hələlik neçə nəfərin bu əməliyyata cəlb olunduğu bəlli deyil. İsveçrə prokurorluğu bu cinayət işi barədə rəsmi qaydada fevralın 23-də açıqlama verib. Reuters agentliyinin məlumatına görə, Cenevrədə yerləşən “Lombard Odier” bankı 1796-cı ildə yaradılıb. Bank rəhbərliyi 2012-ci ildə banka qanunsuz pul köçürülməsindən şübhələndiyinə görə, pulyuma əməliyyatlarını araşdıran xüsusi orqanlara müraciət edib və bir neçə ildir ki, araşdırma aparılır.

“Reuters” yazır ki, bankın mətbuat xidməti Özbəkistandan qanunsuz pul köçürülməsi ilə bağlı bir neçə ildir ki, istintaq aparılmasını təsdiqləyib və bankın hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq etdiyini bildirib. Qeyd edək ki, İsveçrənin Baş Prokurorluğu eyni məsələ ilə bağlı 2013-cü ildən Gülnarə Kərimovaya qarşı cinayət işi açıb.

ABŞ-ın “Wall Street” jurnalının yazdığına görə, İsveçrə prokurorluğunun əməkdaşları 2016-cı il dekabrın 9-10-da hakimiyyətin təyin etdiyi vəkil Qrequar Manjeaanın (Grégoire Mangeat) iştirakı ilə Kərimovanı sorğu-sual edib. Daşkənddə keçirilən proses ümumilikdə 23 saat sürüb.

İsveçrə 2012-ci ilin yayında Gülnarə Kərimovaya məxsus 800 milyon dollarlıq bank hesablarını dondurduqdan sonra bu, prokurorluq əməkdaşlarının onunla ilk görüşüdür. Hələ atasının prezidentliyi dövründən ev dustağı olan Gulnara Karimova hazırda eyni şəraitdə saxlanır.