XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2017 - 21:48

Fatimə Rəfsəncani:"Atamın infarktdan ölməsi inandırıcı deyil"

This handout photo provided by the official website of the Center for Preserving and Publishing the Works of Iran's supreme leader, Ayatollah Ali Khamenei (4-R), shows him and President Hassan Rouhani (C) attending a funeral ceremony held for the former Iranian President Akbar Hashemi Rafsanjani in the capital Tehran, on January 10, 2017. / AFP PHOTO / KHAMENEI.IR / HO / === RESTRICTED TO EDITORIAL USE - MANDATORY CREDIT "AFP PHOTO / HO / KHAMENEI.IR" - NO MARKETING NO ADVERTISING CAMPAIGNS - DISTRIBUTED AS A SERVICE TO CLIENTS ===

Fatima Rəfsəncani – İranın sabiq prezidentinin qızı atasının ölüm səbəbinin hələ də qeyri-müəyyən olduğunu bildirib.

Strateq.az xəbər verir ki, 83 yaşlı Əkbər Haşimi Rəfsəncaninin yanvar 8-də infarktdan vəfat etdiyi elan olunub. Lakin qızı Fatimə ISNA xəbər agentliyinə müsahibəsində deyib: "Səhiyyə naziri və atamı müayinə edən həkimlərin ifadələri qeyri-dəqiq və ziddiyyətli idi".

Fatimə Rəfsəncani bildirib ki, "atasının ölümüylə əlaqədar həkimlər tərəfindən təqdim edilən sübut inandırıcı deyil".

O, həmçinin vurğulayıb ki, ölümündən əvvəl atasının sağlamlıq vəziyyəti yaxşı idi və o, ABŞ-da yaşayan təcrübəli iranlı həkim tərəfindən müayinə olunub.

İrandakı müxalif "Yaşıllar Hərəkatı" tərəfdarları isə "Amerikanın Səsi"nə aıqlamalarına Ə.Rəfsəncaninin öldürüldüyünü və həkimlərin saxta arayış verdiklərini iddia ediblər.