22 yaşlı danimarkalı tələbə iddia edir ki, İŞİD onun başı üçün 1 milyon $ mükafat təyin edib.
Strateq.az "Mirror Online" istinadla xəbər verir ki, Coanna Palani İraq və Suriyadakı döyüşlərdə snayper kimi 100 İŞİD-çini öldürüb.
O, həmçinin deyir ki, terrorçuların seks-qulu olmuş qadın və uşaqların bir qrupunu əsirlikdən azad edib, sonra onlara hərbi təlim keçib.
C.Palani İran-kürd mənşəlidir və əcdadları Peşmərgə döyüşçüləri olub.
Kopenhagenə köçənə qədər BMT-nin qaçqın düşərgəsində dünyaya gəlib-böyümüş gənc qız deyir: "İŞİD döyüşçülərini öldürmək çox asandır. Lakin Əsədin əsgərləri çox yaxşı təlim keçib və onlar peşəkar qətl maşınıdır".