XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2017 - 18:40

Liberman kartları açdı:"Ərəb dövlətləri ilə ittifaq yaratmaq vaxtıdır"

14506332681

"Terrorla mübarizə üçün Yaxın Şərqdə bütün mötədil qüvvələri birləşdirməklə açıq koalisiya yaratmaq vaxtı yetişib".

Strateq.az "Die Welt"ə istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.

A.Libermanın sözlərinə görə, "mötədil sünni dövlətləri anlayıblar ki, onlar üçün ən böyük təhlükə İsrail, sionizm, ya da yəhudilər deyil, İrandır". 

Müdafiə naziri bildirib ki, mötədil dövlətlərin sırasına Səudiyyə Ərəbistanı və Körfəz dövlətləri daxildir. "Belə bir ittifaqda tərəfdaşların müsəlman, yəhudi və ya xaçpərəst olması əsas deyil". 

Nazir NATO-nu nümunə göstərib: "Koalisiya varsa, real öhdəliklər də olacaq. NATO-da hər bir ölkə digərini qorumaq üçün hazırlanıb və başqaları tərəfindən müdafiə olunur".

A.Liberman deyib: "Biz güclü ölkəyik və özümüzü qoruya bilərik. Məncə, mötədil ərəb dövlətləri onların mövcudluqlarını qorumaqdan ötrü İsrailə ehtiyacı olduqlarını başa düşürlər".