XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 08:57

ABŞ Ədliyyə Nazirliyi:"ABŞ Gülənin ekstradisiyasına dair Türkiyənin materiallarını nəzərdən keçirməyə hazırdır"

Gülən

ABŞ Fətullah Gülənin Türkiyəyə ekstradisiyasına dair Ankaranın təqdim edəcəyi istənilən materialı nəzərdən keçirməyə hazırdır. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə ABŞ Ədliyyə Nazirliyindən bildirilib.   

“Biz Türkiyə ilə bu məsələ üzərində işləməkdə davam edirik. Biz Türkiyə hökumətinin təqdim edə biləcəyi istənilən yeni materialları tədqiq  etməyə hazırıq”, – deyə nazirlikdən bildirilib. “Ekstradisiyaya dair qərar faktlar və ABŞ qanunvericiliyinin əsasında veriləcək”, – deyə qurumdan bildirilib.  

ABŞ Ədliyyə Nazirliyində Türkiyə baş nazirinin müavini Numan Kurtulmuşun Gülənin Kanadada gizlənməsinə dair iddiasını şərh etməkdən imtina ediblər.  /APA