Qırğızıstan Prezidenti Almazbek Atambayev öz administrasiyasına yeni rəhbər təyin edib.
"Trend"in məlumatına görə, Prezident Administrasiyasının yeni rəhbəri 39 yaşlı Sapar İsakov olub. O bundan əvvəl administrasiya rəhbərinin birinci müavini vəzifəsində çalışıb.
Prezident Administrasiyasının əvvəlki rəhbəri Fərid Niyazov dövlət başçısının müşaviri təyin edilib.