XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 11:12

Yaponiyanın İmperator cütlüyü ilk dəfəVyetnama səfər edib

Yaponiya İmperatoru Akihito və imperatriçə Miçikonun Vyetnama ilk səfəri başlayıb.

Fevralın 28-də günün ikinci yarısında göyərtəsində İmperator cütlüyünün olduğu Yaponiya hökumətinə məxsus təyyarə Hanoy hava limanında yerə enib.

NHK telekanalının yaydığı məlumata görə, təyyarədən düşən qonaqları yüksək səviyyəli hökumət nümayəndələri qarşılayıblar.

Altı günlük səfər çərçivəsində İmperator və onun xanımı yüksək səviyyəli dövlət qonağı kimi müxtəlif rəsmi tədbirlərdə iştirak edəcəklər.

Martın 1-də İmperator Akihito Vyetnamın Prezidenti Çan Day Kuanqın adından təşkil ediləcək rəsmi ziyafətdə nitq söyləyəcək.

Səfər çərçivəsində İmperator cütlüyünün Yaponiyada təhsil almış, həmçinin bu Gündoğar ölkə ilə sıx əlaqə saxlayan vyetnamlılarla görüşü də nəzərdə tutulur. /Azərtac