XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2017 - 11:28

İranda inkassatora hücum- 22 yaşlı qadın saxlanıldı

İranda inkassator maşınından pul oğurlanıb.

"Trend"in məlumatına görə, hadisə ötən həftə Tehran şəhərində baş verib.

İranın "Pasarqad" bankına məxsus inkassator maşına biri qadın olmaqla 3 nəfərlik dəstə yolda hücum edib. Dəstə üzvləri "Kalaşnikov" avtomatları ilə sürcü və mühafizəçini hədələyərək 900 min tümən (təxminən 250 min ABŞ dolları) pul aparıblar.

Polisin keçiridiyi əməliyyat çərçivəsində onlar İranın şimalında Lahican şəhərində atışma nəticəsində təslim olublar. Atışma zamanı dəstənin 22 yaşlı qadın üzvü yaralanıb və hazırda xəstəxanadadır.