XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 11:33

Barak Obama və xanımı memuarlarının çapı üçünmüqavilə imzalayıblar

ABŞ-ın sabiq prezidenti Barak Obama və xanımı Mişel Obama memuarlarını çap etdirmək üçün “Penguin Random House” Nəşriyyat Evi ilə müqavilə imzalayıblar.

“Report” BBC-yə istinadən xəbər verir ki, məlumatı adıçəkilən nəşriyyat yayıb. 

“Şirkət sabiq prezident və xanımının yazacağı iki kitabın çap hüququnu qazanıb”, – deyə nəşrittatın nümayəndəsi vurğulayıb.
Müqvilənin detalları barədə əlavə məlumat verilməyib. Kitablardan birini Barak Obama, digərini isə Mişel Obama yazacaq. Kitabların adı hələlik məlum deyil.

Nəşriyyat sabiq prezidentə və xanımına 65 milyon dollar qonarar ödəyəcək.

2004-cü ildə “Penguin Random House” daxil olan “Knopf” mətbəəsi ABŞ sabiq prezidenti Bill Kilontona yazdığı xatirəyə görə 10 milyon dollar ödəyib.