XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

01 Mart 2017 - 11:36

Qazaxıstan 2019-dək neft məhsullarının idxalındanimtina etmək istəyir

Qazaxıstandakı üç neft emalı zavodunun yenidən qurulmasından sonra ölkədə neft emalının həcmi ildə 17,5 milyon tona çatacaq və özünün neft məhsulları ölkəni tam təmin edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev nazirliyin kollegiyasında çıxışında bildirib.

"Dövlət başçısı müraciətində neft emalının həcmini artırmağa xüsusi diqqət göstərilməsini tapşırıb. 3 zavodu tam müasir şəkildə təmir edib istifadəyə verdikdən sonra 2019-cu ildə neft emalı həcmi ildə 14,5 milyon tondan 17,7 milyon tona qədər artacaq", – nazir vurğulayıb.