XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 11:47

Tramp infrastrukturun bərpası üçün Konqresdən1 trln. dollar istəyib

ABŞ-ın infrastrukturunun yenilənməsi üçün 1 trln. dollara ehtiyac var. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Konqresə müraciətində bildirib. 

O, konqresmenlərdən nəqliyyat infrastrukturunun yenilənməsi üçün təklif olunan planı dəstəkləməklərini xahiş edib. 

"ABŞ Yaxın Şərqdə hərbi fəaliyyətinə 6 trln. dollar xərcləyib. Amma bizim infrastrukturumuz dağılmaq üzrədir. Təklif etdiyim proqramın əsas mahiyyəti milyonlarla amerikalıya yeni iş yerlərinin açıqlmasıdır", – deyə D.Tramp qeyd edib. 

O, həmçinin korporasiyaların mənfəət vergi dərəcələrinin və orta sinifin vergi yükünün kəskin azaldılması bağlı layihə hazırlandığını bildirib.

Bu arada, ötən gün "CNBC" kanalına müsahibə verən isveçrəli investor Mark Faber ABŞ administrasiyasının verdiyi qərarların yeni dollarların çap olunmasına gətirib çıxaracağını deyib. O, yürüdülən iqtisadi siyasətin xammal qiymətlərinin artması ilə nəticələnəcəyini da qeyd edib.