XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 March 2015 - 08:41

İsrailin keçmiş baş naziri Ehud Olmert rüşvətxorluqda təqsirli bilindi

Olmert 1993-2003-cü illərdə Yerusəlimin meri vəzifəsini tutub

Картинки по запросу эхуд ольмерт

İsrail hökumətinin keçmiş başçısı Ehud Olmert məhkəmə baxışının gedişatında dələduzluqda və ictimai inamdan sui-istifadədə təqsirli bilinib.

Strateq.az İsrail KİV-ə əsasən bildirir ki, hökm sonrakı dinləmələrdə çıxarılacaq. Olmertin vəkilləri məhkəmə qərarından şikayət vermək niyyətindədirlər.

Keçmiş baş nazir 2012-ci ildə rüşvətxorluq da daxil olmaqla bir sıra işlərə görə məhkəmədə bəraət alıb. Lakin sonralar Olmertin keçmiş işçisi onun danışıqlarının audioyazısını təqdim edib və məlum olub ki, o, rüşvət alıb. Bu materiallar yeni məhkəmə dinləmələrinə səbəb olub.

Olmert 1993-2003-cü illərdə Yerusəlimin meri vəzifəsini tutub. İstintaqın məlumatına görə, o məhz həmin vaxt rüşvət alıb.