XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 16:12

“İslam Dövləti”nin yəhudi əsgəri:bu gün əslən Belarusdan olan israillinin məhkəməsi başlayır

Sho

Anna Ahronhaym

"Jerusalem Post"

 

İsrailin məxfi xidməti – "Şin Bet" İsraildən qaçmağı və terrorçu qrupa qoşulmağı planlaşdırmaqda şübhəli bilinən Valentin Vladimir Mazlovskinin həbs olunduğunu elan edib.

Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, ölkənin şimalındakı qarışıq yəhudi-ərəb Şibli şəhərində yaşayan 40 yaşlı Valentin Vladimir Mazlovski fevral ayının əvvəlində həbs olunub.

V.Mazlovski 1996-cı ildə Belarusdan İsrailə mühacirət edib və sonra İsrail ordusunda icbari hərbi xidmət keçərkən, 2000-ci ildə İslam dinini qəbul edib.

Beş övladı olan şübhəli xanımı ilə Şiblidə tanış olub və ailə qurub.

İstintaq zamanı müəyyən edilib ki, V.Mazlovski "İslam Dövləti"ni ideoloji cəhətdən dəstəkləyib və terror qrupunun sıralarına qoşulmaq üçün Suriyaya keçmək niyyəti ilə Türkiyəyə birtərəfli bilet alıb.

"Şin Bet"in məlumatına görə, V.Mazlovski internetdə "İslam Dövləti" tərəfdarları ilə əlaqə qurub və Suriyaya getmək üçün həmin şəxslərlə koordinasiya aparıb.

"Şin Bet"in bəyanatında deyilir: "Suriya və İraqa gedən İsrail vətəndaşlarını çox təhlükəli fenomen kimi nəzərdən keçiririk".

"Tamamilə aydındır ki, "İslam Dövləti" təşkilatı saxta təbliğatla İslam dini adı altında yaxşı həyat imkanı və ya təşkilat döyüşçüləri kimi dini və hərbi macəra axtaranlar arasında özü barədə müsbət imic yaratmağa çalışır. Bunun əksinə, Suriya və İraqdan qayıdan israillilərin istintaqda verdiyi ifadələrdə əks mənzərə təsvir olunur", – deyə "Şin Bet"in bəyanatında vurğulanır.

"Şin Bet"in məlumatlarına görə, bu günə qədər 50 İsrail vətəndaşı üsyançı qruplar, o cümlədən "İslam Dövləti"nin sıralarında döyüşmək üçün Suriyaya, ya da qonşu İraqa səyahət edib. Onların bəzisi öldürülüb və təxminən 10-dan az adamın İsrailə qayıtdığı təxmin edilir. Həmin şəxslər ya öz istəkləri ilə geri dönüb, ya da sərhədi keçməyə çalışarkən Türkiyə orqanları tərəfindən tutularaq İsrailə deportasiya olunublar.

Sentyabr ayında "Şin Bet" Ben-Qurion hava limanında İraqdan gələn İsrail ərəblərindən ibarət bir ailəni həbs edib. Ailə Türkiyəyə səfər edib və 2013-cü ildə İsrailli ərəblərlə əlaqə quraraq "cihadçı" qrupa qatılıb. Yardımçıları onlara Suriya sərhədini keçməkdə kömək ediblər. Ailənin böyüyü İraq hərbi postuna reyd zamanı yaralanıb, bundan sonra onlar İsrailə qayıtmaq qərarına gəliblər.

Məxfi xidmətin bəyanatında deyilir: "Şin Bet" "İslam Dövləti"ni dəstəkləməni İsrail üçün ciddi təhdidi sayır. Buna görə də təhlükələrin qarşısını almaq və bu fəaliyyətlə məşğul olanları məsuliyyətə cəlb etmək üçün sərəncamında olan bütün vasitələrdən istifadə edir".

Bu gün V.Mazlovskiyə qarşı iddianamə Nazaret rayon məhkəməsinə təqdim olunacaq.

 

Tərcümə: Strateq.az