XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

01 Mart 2017 - 17:07

300-dən çox İsveç vətəndaşıİŞİD silahlılarına qoşulub

Son bir neçə ildə İsveç Krallığının azı 300 təbəəsi İŞİD terror təşkilatının silahlılarına qoşulmaq üçün Suriya və İraqa yola düşüb. Daha sonra onların yarısından çoxu vətənə qayıdıb.

İsveç KİV-lərinin yaydığı məlumata görə, bunu Krallığın Təhlükəsizlik Polisinin (SÄPO) baş direktoru Anders Turnberq jurnalistlər üçün xüsusi brifinqdə bəyan edib.

Baş direktor qeyd edib ki, “İslam dövləti”nə köçmək istəyənlərin sayının getdikcə azalmasına baxmayaraq, onlara rəğbət bəsləyən adamların sayı artır. Gizli maliyyə köçürmələri şəbəkəsinin fəaliyyət göstərməsindən danışan A.Turnberq bildirib ki, bir çox İsveç vətəndaşları həmin şəbəkələr vasitəsilə terrorçulara sponsorluq edirlər.

SÄPO-nun başçısı onu da bildirib ki, İsveçdə yerli gənclərin İŞİD sıralarına cəlb olunması üzrə şəbəkə fəaliyyət göstərir.

Təhlükəsizlik Polisinin baş direktorunun fikrincə, bütün bunlar ölkədə islam ekstremizminin zəifləməsindən danışmağın düzgün olmadığını göstərir. /Azərtac